![]() |
---|
GÖZÜN QÜSURSUZ DİZAYNI
Gözlər, altı sümüyün uzanmış hissələriylə kəlləyə bağlanan, ətrafları xüsusi toxumalarla əhatələnmiş göz çuxurları içində, qoruyucu bir yağ yastığı üzərinə yerləşdirilmişlər. Burun çəpəri, qaşlar və almacıq sümükləri tərəfindən xarici faktorların təsirindən qorunar. Gözləri əhatə edən bütün bu sümük və toxumalar birlikdə "göz çuxuru" (orbita) olaraq adlandırılar. Gözlər, çox yaxşı qorunmalarıyla yanaşı bədəndə görməni ən rahat və ən ideal şəkildə təmin edəcək bir yerə yerləşdirilmişlər. Bu yer, bədənimizi və bədən üzvlərimizi ən mükəmməl şəkildə idarə edə bilməyimizi təmin edəcək bir mövqeyə malikdir. Bir nümunə olaraq, gözlərimizin ayaqlarımızın üzərində olduğunu düşünək. Yalnız yeridiyimiz yeri görəcəyimizdən, bədənimizin üst qismi, xüsusilə də başımız daim bir yerə dəyəcəkdi. Həmçinin belə bir vəziyyətdə yemək yemək, əllərdən istifadə etmək kimi bir çox hərəkət bir problem halına gələcəkdi. Bu sadəcə bir nümunədir. Gözlərimizin hazırkı yerlərində olmayıb, bədənimizin hər hansısa başqa bir yerində olmalarının yaradacağı problemlər saymaqla bitməz.
Gözlər üzdə də ən ideal yerdə yerləşirlər. Görəsən gözlər üzün başqa bir yerində, məsələn, burnun altında yerləşsəydi nə baş verərdi? Həm təhlükəsizlik baxımından xətərli bir vəziyyət meydana gələr, həm də estetik baxımdan olduqca çirkin bir görmə meydana gələrdi. Görmə bucağı da indikindən xeyli kiçik olardı. Gözlərin ən ideal yerdə, simmetrik şəkildə yerləşməsi də estetikaya uyğundur. İki gözün arasındakı məsafə orta hesabla tək bir göz böyüklüyündədir. Bu nisbət pozulsa, iki göz arasındakı məsafə daha çox və ya daha az olsa, üzün bütün ifadəsi dəyişər. Göz sahib olduğu bütün xüsusiyyətləriylə insanın Allah tərəfindən yaradılmış olduğunu isbat edən bir dəlildir. Bu dəlilləri daha yaxından görmək və gözün meydana gəlməsinin təkamül nəzəriyyəsiylə açıqlanmasının mümkün olmadığına yenidən şahid olmaq üçün gözü meydana gətirən strukturları yaxından öyrənək...
Göz qapaqları Gözlər bədənin xarici aləmə açılan pəncərələridir. Bu pəncərələrin qorunması və baxımı xüsusi bir sistem sayəsində təmin edilir. Göz qapaqları, mükəmməl bir şəkildə fəaliyyət göstərən bu sistemin ən əhəmiyyətli hissələrindən biridir. Göz qapaqlarının vəzifəsi, göz almasını qorumaqla yanaşı "konyunktiva"nı1 və "buynuz qişa"nı2 hər an müəyyən bir nəmlilik dərəcəsində saxlamaqdır. Göz qapaqlarının daxili qismində yerləşən konyunktiva adlı təbəqənin damarları, yuxuda oksigen ala bilməyən gözün xarici təbəqəsini qidalandırır. Lazım gələndə göz yuvasının üstünü tamamilə və yaxşı bir şəkildə örtə bilən göz qapağının dərisi bədənin digər qisimlərinə görə xeyli nazikdir. Göz qapağı dərisinin alt təbəqəsi yağsız və çox həssasdır, qan bu yerdə asanlıqla toplanır. Əgər göz qapağının dərisi qalın və yağlı bir quruluşa sahib olsaydı, gözlərin açılıb-bağlanması olduqca çətin bir əməliyyat olardı. Hər kəs gün ərzində heç fərqində olmadan minlərlə dəfə gözlərini qırpar. Bu hərəkət qeyri-iradi şəkildə edilər və bu sayədə gözlər intensiv işıq təmasından və xarici maddələrdən qorunar. Əməliyyatın avtomatik şəkildə yerinə yetirilməsi də çox insanın bilmədiyi bir nemətdir. Bu təmizlənmə əməliyyatı avtomatik şəkildə yerinə yetirilməsəydi nə baş verərdi? Belə bir vəziyyətdə insan göz qırpmağı yalnız gözündə onu narahat edəcək miqdarda toz toplandıqda xatırlayardı. Bu da gözün virusla yoluxmasına səbəb olardı. Gözlər tamamilə təmizlənə bilmədiyindən zəif dumanlı, bulanıq bir görünüş meydana gələrdi. Göz qırpmaq böyük bir əziyyət olar, insan gün ərzində daima göz qırpmağı unutmamağa çalışardı. Hər bir neçə saniyədən bir göz qırpıldığında göz qapaqları eynilə avtomobil şüşəsinin siləcəkləri kimi gözləri sulandırır və çirkləri təmizləyir. Yuxu əsnasında isə göz qapaqları bağlı olduğu üçün gözlər avtomatik şəkildə qurumaqdan qorunur. Göz qapağı qövsvari göz quruluşunun üstünə qüsursuz olaraq yerləşən bir mexanizmdir. Bu mükəmməl uyğunluq sayəsində, göz qapağının açılıb-bağlanması əsnasında gözün ön səthində göz qapağı ilə təmas etməyən heç bir nöqtə qalmaz. Göz qapağı gözü bu şəkildə qüsursuz olaraq əhatə etməsəydi, qalan boşluqlardakı xarici maddələrin təmizlənməsi qeyri-mümkün olacaqdı. ![]() Açılıb-bağlanma əsnasında göz qapağının içində yerləşən xüsusi bir vəzdən (meibomian vəzisi) ifraz olunan yağlı bir ifrazat qapaqların bir-birlərinə yapışmalarına mane olar və göz qapaqlarının hərəkətini asanlaşdırar.(3) Göz qapağının yatarkən bağlı olması da çox əhəmiyyətlidir. Əgər göz qapağı yatarkən bağlanmasaydı, yatmaq insan üçün olduqca çətin bir iş olacaqdı. Yata bilmək üçün qaranlıq bir otağa ehtiyac olacaq, gündüzləri əsla yuxuya getmək mümkün olmayacaqdı.(4) Yuxu əsnasında açıq qalan gözlər isə hər cür xarici təsirə qarşı müdafiəsiz qalacaqdı. Göz qapaqlarının əhəmiyyətini daha yaxşı başa düşmək üçün mövcud vəziyyətin tam tərsini düşünək. Əgər göz qapağı olmasaydı yer üzündəki insanların hamısı çox qısa bir müddət ərzində kor olardı. Gözün xarici təbəqəsini meydana gətirən buynuzlu qişa quruyacaq, göz qısa bir müddətdən sonra funksiyasını yerinə yetirə bilməməyə başlayacaqdı. Gözə düşəcək ən kiçik bir toz zərrəciyi belə vaxt keçdikcə böyük problemlər yaradacaq, göz tezliklə virusla yoluxacaqdı. Ən kiçik zərbələrə qarşı müdafiəsiz qalan göz hər an kor olma təhlükəsi ilə qarşı-qarşıya qalacaqdı. Məsələn, laqoftalm adlı xəstəlikdə göz qapaqları ya tamamilə bağlana bilməz ya da çox çətin bağlanar. Bu vəziyyətdə artıq buynuzlu qişada nəmlənmə prosesi dayanar və baş verən qurumadan ötrü iltihablanma müşahidə olunar. Bu xəstəlik uzun müddət davam etdikdə isə daimi göz pozuqluqları meydana gələ bilər. Göz qapaqları bağlana bilmədiyi və göz mayesi də olmadığı üçün göz daim təmizlənməli və virusla yoluxmayacaq hala gətirilməlidir. Əks halda səhərə qədər daim açıq vəziyyətdə qalan göz, hər cür toz və çirklə dolar.(5)
Göz mövcud olan bir erkən xəbərdarlıq sistemi sayəsində təhlükələrdən qorunar. Bu sistemin təməl iş prinsipi; gözə yönəlmiş bir təhdid qarşısında, gözün ətrafında ya da üzərində olan sinirlərin göz qapağını hərəkətə gətirməsidir. Bu sinirlər göz qapağını işlədən əzələləri xəbərdar edər. Göz qapaqlarının bağlanıb-açılmasından məsul olan fərqli əzələ növləri vardır. Bu əzələlərdən asılı olaraq göz qapaqları üç formada hərəkət edər: - Göz qırpma, - Refleksə görə bağlanma, - İstəyə görə bağlanma.
- Göz qırpma: Göz qırpma hava ilə təmas halında yaşayan və göz qapağı olan onurğalılara aid bir xüsusiyyətdir. Göz dəqiqədə təxminən 10-20 dəfə qırpılar. Davamlı oxuma, diqqət cəmləşdirmə ya da havadakı rütubətin artması kimi faktorlar göz qırpmağı azaldar. Kədərli hallar, istiliyin və ya işığın artması kimi faktorlar isə göz qırpmağı artırar. Bu sayədə gözün təmizliyi, insanı məşğul etməyən avtomatik bir sistemlə təmin edilmiş olar.
- Refleksə görə bağlanma: Reflekslər insanın müxtəlif xarici qıcıqlara qarşı, qeyri-iradi şəkildə və çox qısa bir müddətdə verdiyi reaksiyalardır. Lazımi hallarda göz qapağını da hərəkətə keçirən bu refleks mexanizmi, təhlükələrə qarşı bir sığorta funksiyası yerinə yetirər. Buynuzlu qişaya, kirpiklərə, sürətli şəkildə qaşların ortasına ya da alına toxunma göz qapağını xəbərdar edən refleksin meydana gəlməsinə səbəb olar.
Beyin çox qısa bir müddətdə gələn bu xəbərdarlıqları qiymətləndirər və bunların əlaqədar əzələlərə getməsini təmin edər. Bu əməliyyatlar əsnasında sinir xəbərdarlıqları yollarını heç azmadan saniyənin mində biri qədər qısa bir müddətdə beynə çatarlar. Beyindən gələn əmr nəticəsində göz qapağı, gözü xarici maddələrdən qorumaq və ya şüşə silən funksiyasını yerinə yetirə bilmək üçün tam vaxtında bağlanar. Mövcud təhlükənin dərhal tanınması, fərqli vəziyyətlərə aid reflekslərin ayrı sinir yollarından, bir-birinə qarışdırılmadan siqnal şəklində ötürülməsi olduqca mürəkkəb əməliyyatlardır. İnsan, ətrafında daim dəyişən şərtlər altında həyatını davam etdirə bilmək üçün çöldə olub bitən hadisələrdən tam vaxtında xəbərdar olmalıdır. Buna görə də göz qırpma əməliyyatı insanın xarici aləmi qəbul etməsinə mane olmayacaq qədər qısa bir müddətdə reallaşır. Əgər bu əməliyyat uzun müddət davam etsəydi, çox böyük təhlükələr baş verə bilərdi. İnsan göz qırpmağa çalışdığı anda, bəlkə də, üzərinə gələn bir yük maşınını görüb qaçmağa fürsət belə tapa bilməzdi.
Neməti görə bilmək Göz qırpmaq hər gün minlərlə dəfə hiss olunmadan edilən bir hərəkətdir. Heç kim göz qırpmaq üçün xüsusi bir səy göstərməz, göz qırparkən niyə gözlərimi qırpıram deyə düşünməz və göz qırpmağın nə qədər böyük bir nemət olduğunu dərk edə bilməz. Ancaq insan bir gün oyandığında göz qapaqlarının yapışmış olduğunu, gözlərinin yapışqan bir maye ilə dolduğunu görsə, o günə qədər sahib olduğu sağlam gözlərinin dəyərini daha yaxşı dərk edər. "Blefarit" deyilən bir xəstəlik nəticəsində gözlər yuxarıda bəhs etdiyimiz vəziyyətə gəlib, bir bakteriya mənbəyinə çevrilərlər. Blefarit göz qapağı kənarının infeksiyasıdır. Göz qapağının kənarında əmələ gələn şişlik və qızartı ilə özünü büruzə verər, ağırlaşdıqda isə kiçik abseslərin və xoraların yaranmasına səbəb olar. Başqa bir göz qapağı xəstəliyi isə göz qapağını qaldırma funksiyasını yerinə yetirən əzələlərin zəifliyi səbəbindən meydana gələr. Bunun nəticəsində yuxarı göz qapaqlarından biri və ya hər ikisi düşmüş vəziyyətdə durar və bu vəziyyət adamı yorğun və əldən düşmüş biri kimi göstərər. Bu çox nazik əzələlərin öz funksiyalarını yerinə yetirməmələri görüş sahəsinin də kiçilməsinə səbəb olar. Burada təəccüblü olan şey, yalnız mikroskopla görülə bilən əzələləri meydana gətirən şüursuz hüceyrələrin həyatımız boyu heç yorulmadan, avtomatik şəkildə daim fəaliyyət halında olmalarıdır.(6) Sağlam olmağın nə qədər böyük bir nemət olduğunu başa düşmək üçün mütləq belə əziyyət verici xəstəliklərlə qarşılaşmaq lazım deyil. Möminlər Allahın verdiyi sağlamlıq üçün daim şükr edərlər. Bir xəstəliklə qarşılaşdıqlarında da yalnız Allahdan kömək istəyər, Qurana uyğun təvəkküllü bir rəftar göstərərlər. Allah bir ayəsində belə buyurur: Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə zərər toxunanda yenə Ona yalvarırsınız. (Nəhl surəsi, 53)
Göz yaşının ilk vəzifəsi gözü mikroblardan qorumaqdır. Tərkibində olan "lizozim" fermenti bir çox bakteriya növünü parçalaya bilmə və mikrob öldürmə xüsusiyyətinə malikdir. Göz lizozim sayəsində infeksiyalardan qorunar. Bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü dezinfeksiyaedici maddələrdən belə daha güclüdür. Bu qədər güclü olduğu halda gözə heç bir zərər verməməsi isə böyük bir möcüzədir. Bu məlumatlar əsasında bir dəfə daha dayanıb düşünmək lazımdır. Belə güclü bir dezinfeksiyaedici maddə, necə olar da göz kimi həssas bir orqana heç bir zərər verməz? Cavab çox aydındır: Tərkibində olduqca güclü bir dezinfeksiyaedici maddə olan göz yaşı, gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılmışdır. Yaradılışın hər mərhələsində mövcud olan möhtəşəm uyğunluq, eyni şəkildə göz və göz yaşına da aiddir. Bu gücdə olan başqa heç bir dezinfeksiyaedici maddə göz üçün istifadə edilə bilməz. Digər bir tərəfdən insanların hazırladığı heç bir dezinfeksiyaedici maddə göz yaşının yerini verməz. Bu vəziyyət özü ilə bərabər təkamülçülər tərəfindən cavablandırılması mümkün olmayan sualları da gətirir. Bir-birləriylə bu qədər uyğun sistemlər necə eyni anda meydana gəlmişlər? Şüursuz təsadüflərin belə mükəmməl strukturlar meydana gətirə bilməyəcəyi və bunu insan bədəninə yerləşdirə bilməyəcəyi aydındır. Ancaq təkamülçülərin iddialarının nə qədər elmdən və məntiqdən uzaq olduğunu görmək üçün (reallaşması qətiyyən qeyri-mümkün də olsa) təsadüflərin bir şey edə bildiyini fərz edərək düşünək. Təsadüflər nəticəsində gözə zərər verəcək milyardlarla qarışığın təsadüfi şəkildə meydana gələ bilmə ehtimalı vardır. Bəs, necə olub ki, göz üçün həm belə güclü bir təmizləyici maddə funksiyanı yerinə yetirəcək, həm də gözə ən kiçik bir zərər verməyəcək bir maye sintez edilmişdir? Bu ideal maye təsadüfi şəkildə əmələ gələnə qədər göz necə qorunmuşdur? Göz varlığını davam etdirə bilmək üçün hazırkı quruluşuna, göz yaşı isə hazırkı mükəmməl qarışığına sahib olmalıdır. Əlbəttə ki, bu birliyin faydalı olması üçün beyin və bədənin digər sistemləri də eyni anda meydana gəlməlidir. Məsələn, göz beyin də daxil olmaqla bütün hissələri, toxumaları, mayeləri və kirpikləriylə (uzantılarıyla) bir anda bir bədəndə meydana gəlsə belə, bu canlının həyatını davam etdirə bilməsi üçün kifayət etməz. Çünki bu bədənin ya həzm sistemi ya qaraciyəri, ya sümük iliyi ya da bunlara bənzər, "olmazsa olmaz" hissələrindən biri hələ də təkamül keçirməmiş olsa, nə o bədən, nə də göz çox qısa bir müddətdən artıq mövcudluğunu davam etdirə bilər. Bu nümunələrdən də açıq şəkildə görüldüyü kimi gözün tək bir parçasının belə təsadüfən meydana gəlməsi mümkün deyil. Gözü bütün parçalarıyla birlikdə yaradan Allahdır.
De ki: "Siz tapındığınız ortaqlarınızı gördünüzmü? Mənə xəbər verin; yerdən nəyi yaratmışlar? Ya da onların göylərdə bir ortaqlığımı var? Yoxsa Biz onlara bir kitab vermişik də onlar bundan (ötrü) açıq-aşkar bir sənədə əsaslanırlar? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər". (Fatir surəsi, 40) Göz yaşının tərkibini daha dərindən öyrəndikdə, bu mayenin nə qədər böyük bir yaradılış möcüzəsi olduğu daha yaxşı aydın olar. Göz yaşının 98,2%-i sudur. Qalanı isə qan plazmasıyla eyni miqdarda olan karbamid (sidik cövhəri), plazmadan daha az miqdarda olan qlükoza, duzlar və üzvi maddələrdən ibarətdir.(7) Lizozim isə geridə qalan maddənin kiçik bir qismini meydana gətirər. Yəni, göz yaşı, tərkibində müxtəlif miqdarlarda müxtəlif maddələr olan olduqca xüsusi bir mayedir. Göz yaşı fərqli maddələri özündə saxlayan təbəqələrdən ibarətdir. Bu təbəqələrdən yağ ifraz edən vəzlərin olduğu səthi qat çox nazikdir. Funksiyası isə göz yaşının çölə axmasının və buxarlanmasının qarşısını almaqdır. Bu, göz quruluşundakı başqa bir heyrətamiz incəlikdir. Göz yaşının üzərində yerləşən olduqca nazik bir təbəqə, onun buxarlanmasının qarşısını alır. Bəs kim göz yaşının üzərini buxarlanma hadisəsini bütün incəlikləriylə düşünərək belə bir təbəqəylə örtmüşdür? Göz yaşı da olduqca həssas ölçüdə hazırlanar. Göz yaşı yalnız buynuzlu qişanı qurumaqdan qoruyacaq və göz almasının səthinin sürüşkənliyinin yox olmasına səbəb olmayacaq ölçüdə hazırlanar. Beləcə, göz hərəkət etdiyində göz qapağının daxili qismi olan konyunktiva ilə gözün yuxarı hissəsi arasında sürtünmədən qaynaqlanan bir narahatlıq meydana gəlməz. Göz yaşı kifayət miqdarda hazırlanmasaydı, göz ilə göz qapağı arasında daimi bir sürtünmə baş verər və gözün istənilən hərəkəti bizim üçün bir əziyyətə çevrilərdi. Məsələn, göz yaşı quruluğu olan xəstələrdə, gözlərdə daimi bir yanma və gözün içinin qumla dolu olduğu hissi yaranar. Gözlər şişər, qızarar və xəstəliyin sonrakı mərhələlərində isə xəstə görmə qabiliyyətini itirə bilər. Xəbərdaredici bir vəziyyət yarandıqda, məsələn, gözə toz kimi kənar bir maddə düşdükdə, göz yaşı ifrazı avtomatik şəkildə artar. Bu bir tərəfdən antiseptik məqsədlə daha çox lizozim fermentinin hazırlanmasını, digər tərəfdən də xəbərdarlıqçı maddənin kənarlaşdırıla bilməsi üçün bol miqdarda maye hazırlanmasını təmin edər. Göründüyü kimi gözün quruluşunda göz yaşı vəzlərinin, nə az, nə də çox, tam lazımlı miqdarda maye ifraz etməsini təmin edən bir tarazlıq-idarəetmə mexanizmi də vardır. Yalnız bu mexanizm təsadüflərdən ibarət olan bir təkamül prosesinin baş verməsini qeyri-mümkün edir. Bir qutu içərisində, üzərində istehsal olunduğu yer və tarix yazan bir göz damcısı görən bir adam, heç vaxt o dərmanın təsadüflər nəticəsində öz-özlüyündə meydana gəldiyini düşünməz. Bu göz damcısının formulunu tapan, onu hazırlayan, qablaşdıran şəxslər vardır. Əksini iddia edən bir adamın ağlında ciddi bir problem olduğunu düşünülər. Göz yaşı isə bir göz damcısından daha üstün xüsusiyyətlərə malikdir və insan bədənində hazırlanılır. O, fərqli kimyəvi maddələrin birləşməsindən əmələ gəlir və bu maddələr həssas bir ölçüylə bir-birinə qarışdırılır. Bundan başqa göz yaşıyla yanaşı göz yaşını ifraz edən ifrazat vəzləri, avtomatik göz yaşı ifrazı tənzimləmələri və ifrazat kanalları da vardır. Bunlar düşünüldükdə göz yaşının təsadüfən əmələ gəldiyini və yenə təsadüfən gözə yerləşdiyini söyləmək ağılsız və məntiqsiz bir iddia olacaq. Göz yaşı indiyə qədər yaşamış olan və hal-hazırda da yaşayan bütün insanlarda vardır. Hər kəsdə eyni xüsusiyyətlərə malikdir. Gözü bütöv bir halda yaradan, hər insanda eyni xüsusiyyətlərin var olmasını təmin edən üstün güc sahibi Allahdır. Göz Allahın bənzərsiz yaratmasının təcəllilərindən biridir.
Qorumadakı estetika
Gözün çox həssas bir quruluşu vardır. Buna görə də bədənin ən yaxşı qorunan orqanlarından biridir. Burada diqqət çəkən məqam qorumanın olduqca estetik bir görünüşə xələl yetirilmədən təmin edilməsidir. Düşünün; gözün qorunması üçün ətrafında olduqca sərt bir qabıq da ola bilərdi. Halbuki, göz ətrafının sümük quruluşu, göz qapaqları, qaşlar, kirpiklər olduqca estetik və simmetrik bir görünüş meydana gətirərlər. Bu, Allahın yaratmasındakı gözəlliyin bənzərsiz nümunələrindən yalnızca biridir. Bir ayədə yaradılışdakı qüsursuzluq belə ifadə edilmişdir:
O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, "şəkil və surət" verəndir... (Həşr surəsi, 24)
Göz qapağının uc hissələrindən çıxan kirpiklər gözü toz və xarici maddələrdən qoruyurlar. Qopduqları və ya kəsildikləri vaxt təkrar uzanarlar. Kirpik əvvəlki ölçüsünə qayıdanda uzanma dayanar.
Kirpiklər düz və yumşaq olub, yüngülvari şəkildə yuxarıya doğru qıvrılmış vəziyyətdədirlər. Bu forma həm rahat, həm də olduqca estetikdir. Əlbəttə ki, kirpiklər təsadüfən bu formaya sahib olmamışlar. Kirpiklər zeis adlı vəzlərin ifraz etdiyi yağlı bir ifrazat ilə yağlanar, qövslü elastik bir quruluşa sahib olarlar. Əgər belə diqqətli bir qulluq edilməsəydi, kirpiklər olduqca sərt bir fırça kimi olacaq, hər göz qırpımında narahat edici bir dolaşıqlıq və ilişmə meydana gələcəkdi.(8) Qaşlarımız da alnımızdan axan tərin gözümüzün içinə girməsinin qarşısını alar. Həmçinin günəş şüalarını sındıraraq gözün içinə əks olunmasına mane olar. Bununla yanaşı insan gözünün estetik görünüşünü tamamlayan çox əhəmiyyətli bir ünsürdürlər.
De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir” (Rad surəsi, 16)
Göz ətrafında 6 əzələ var. Bu əzələlər gözlərin sağa-sola, aşağı-yuxarı və digər istiqamətlərə doğru dönməsini təmin edər. (Şəkil 1.6 və 1.7) Hər gözdəki 6 əzələ, 3 cüt əzələdən ibarətdir. Hər əzələ cütü öz daxilində əks istiqamətlərə hərəkəti təmin edər. Bir cismin mükəmməl və aydın şəkildə qəbul edilə bilməsi üçün görüntü torlu qişanın mərkəzinə fokuslanmalıdır. Bunun üçün gözdəki əzələlər birlikdə mükəmməl bir uyğunluq içində işləməlidirlər. Buna görə də iki göz eyni anda eyni nöqtəyə doğru baxar. Gözlərin ortaq fəaliyyətində bir problem olduqda insan cüt görər. (Bunun nə qədər çətin ola biləcəyini başa düşmək üçün, gözünüzün kənarına barmağınızla yüngülvari və diqqətli bir şəkildə basmaqla bir obyektə baxmağa çalışın.) Bu əzələlərin bir-biriylə uyğunluq içində işləmələri təmin edilə bilməzsə, cüt görmə ilə yanaşı, üzün ifadəsində də bir çox dəyişikliklər meydana gələ bilər. Məsələn, gözdə bir çəplik olduğu vaxt üz ifadəsinin dəyişməsi kimi. Əgər bu əzələlər olmasaydı, göz hərəkətsiz, donuq bir şüşə kimi qalacaq və üzdə mənasız bir ifadə yaranacaqdı. Bir şeyə baxmaq üçün başın tamamilə o istiqamətə doğru dönməsi lazım gələcək, gündəlik həyatda sahib olduğumuz hərəkət qabiliyyəti böyük ölçüdə azalacaqdı. Konyunktiva, ömür boyu qulluq
Göz alması üst-üstə yerləşmiş bir çox toxuma təbəqəsindən ibarətdir. Bu toxumalardan biri olan konyunktiva gözün yuxarı təbəqəsini yağlama funksiyasını yerinə yetirər. Konyunktiva, göz qapağının altından gözün ən xarici təbəqəsinə qədər olan boşluqda yerləşər və göz almasının böyük bir hissəsini örtən möhkəm ağ bir pərdə olan sklera (göz ağı) ilə birləşər. Bu iki təbəqə də canlıdır və gözü bəsləyən kiçik qan damarlarıyla bəslənərlər. Şəffaf bir təbəqənin canlı olması və gözlə görünə bilməyən damarlarla bəslənməsi diqqət çəkicidir. Bu təbəqə göz almasının alt və üst qisimlərinə qədər uzanar, beləcə göz qırpıldığında və ya hərəkət etdiyində konyunktivanın iki səthi bir-birinin üstünə keçər. Konyunktiva göz yaşı vəzlərinin vasitəsiylə göz yaşını ifraz edər. Həmçinin göz qapaqlarının daxili səthini və göz almasını örtər. Bu nazik təbəqədə mukus (mukoza ifrazatı) hazırlayan kiçik vəzlər də vardır. Mukus göz yaşıyla birləşərək yağlama əməliyyatını həyata keçirər. Bu yağ o qədər sürüşkəndir ki, göz hərəkət etdiyində heç bir narahatlıq hiss edilməz. Ən sadə mexaniki alətləri belə müntəzəm şəkildə yağlamadıqda heç bir fayda götürmək olmaz. Qapı dəstəyindən son model bir avtomobilin mühərrikinə qədər, bütün hərəkətli mexanizmlər sürtünmənin təsirindən qorunmaları və köhnəlməmələri üçün müntəzəm şəkildə yağlanılmalıdırlar. Gün ərzində təxminən yüz min dəfə hərəkət edən göz də yuxarıda izah edilən sistem sayəsində daim avtomatik şəkildə yağlanılar. Əgər konyunktivanın işində ciddi bir ləngimə olsa və bu yağlanılma əməliyyatı reallaşmasa gözün bütün hərəkətlərində çox böyük və dözülməz ağrılar meydana gələrdi. Halbuki sağlam bir insan Allahın yaratdığı bu qüsursuz sistem sayəsində ömrü boyu belə bir narahatlıq keçirməz.
Göz işığın daxil olduğu öndəki çıxıntı istisna olmaqla, kürə formasındadır. Bu kürənin ən kənar səthində göz ağı (sklera) deyilən möhkəm, çox dayanıqlı və süd kimi donuq ağ rəngli bir təbəqə vardır. Göz ağı, gözü hər tərəfdən əhatə edər və gözün içindəki toxumaların qorunmasını təmin edər. Gözün ortasındakı rəngli hissəni əhatə edən ağlıq da bu təbəqənin görünən hissəsidir. Göz ağı, yumşaq və jeleyəbənzər bir quruluşa sahib olsaydı, göz lazım olduğu kimi qoruna bilməyəcəkdi. Həmçinin gözə toz və ya hər hansı bir kənar maddə düşdükdə bu cisim gözə yapışacağı üçün çıxarılması çətinləşəcək, böyük zərərlər verəcəkdi. Halbuki göz ağı sərt olduğu üçün göz yaşının da köməyiylə kənar maddələr asanlıqla gözdən uzaqlaşdırılar.
Əgər buynuzlu qişanı meydana gətirən nazik toxuma gözün hər yerini örtsəydi, göz xarici təsirlərə qarşı olduqca müdafiəsiz və gücsüz qalacaq, bu hal isə korluqla nəticələnəcəkdi. Əgər gözün ağını meydana gətirən sərt və donuq toxuma gözün önündəki şəffaf təbəqə üzərində davam etsəydi, işıq göz bülluruna çata bilməyəcək və görünüş meydana gələ bilməyəcəkdi. Eyni təbəqədə yerləşən və bir-birlərinin davamı olan iki fərqli toxuma, necə qəti bir sərhədlə ayrılmışlar? Bu dairəvi sərhəddi kim çəkmişdir? Gözümüzün önündəki bu kiçik pəncərəni öyrənməyə davam edək. Buynuzlu qişa deyilən şəffaf hissə işıq şüalarını sındıraraq, bu şüaların göz büllurundan keçib gözün arxa tərəfindəki torlu qişaya çatmasını təmin edər. Fokuslama üçün lazım olan sınmanın üçdə iki hissəsi bu sayədə təmin edilir. Sınmanın geridə qalan üçdə bir hissəsini isə gözün daxili qismində yerləşən göz bülluru həyata keçirir. Obyektləri dəqiq görə bilmək üçün buynuzlu qişa, daim şəffaf və çox həssas olmalıdır. Çünki şəffaflığını itirdiyi vaxt gözə kifayət qədər işıq daxil ola bilməyəcəyi üçün görünüş bulanıqlaşar. Gözün çölə açılan hissəsində yerləşən bu təbəqənin çox həssas olması da gözə düşən kiçik bir toz zərrəciyinin belə tezliklə aradan götürülməsini təmin edər. Buynuzlu qişanın bu qədər şəffaf olmasının səbəbi, özünü meydana gətirən liflərin həssas bir nizama əsasən bir-birlərinin arxasınca düzülmələridir. Bu əməliyyat ardıcıllığında aparılacaq hər hansı bir dəyişiklik buynuzlu qişanın qaralmasına və görünüşün bulanıqlaşmasına səbəb olar. Fotoaparat üçün obyektiv nə qədər əhəmiyyətlidirsə, göz üçün də buynuzlu qişa eyni dərəcədə əhəmiyyətlidir. Üstəlik buynuzlu qişa o qədər şəffafdır ki, ancaq çox yaxından diqqətlə baxıldıqda görülə bilər. Həmçinin bədəndəki ən həssas strukturlardan biridir. Buynuzlu qişanın səthi gözlə görülməyən sinirlərdən və limfa damarlarından ibarətdir. Ancaq bunlar görünüşü pozmazlar. Bu sinirlər ən yüngül toxunuşa və ya toxunma təhlükəsinə qarşı hərəkətə keçib, reflekslərlə göz qapağı kimi qoruyucu mexanizmləri köməyə çağırarlar. Göz qapağı, buynuzlu qişanın üstünə yapışan hər hansı bir şeyi dərhal kənarlaşdırar və göz qapağının bağlanması buynuzlu qişanı ehtimal olunan digər təhlükələrdən qoruyar. Buynuzlu qişa bir mənada işləyən gözün qabağında yerləşən bir pəncərədir. Küləyin sovurduğu bir qum dənəsi və ya bir parça yonqar buynuzlu qişanı cıza bilər. Buynuzlu qişa bu cür səbəblərdən ötrü cızılarsa ya da zədələnərsə öz-özünü bərpa edə bilər. Gözün sürətlə özünü yeniləmə qabiliyyəti vardır. Buynuzlu qişanı meydana gətirən hüceyrələr göz yaşındakı qlükoza və havadakı oksigen ilə bəslənərlər. Burada qan damarları olmaz. Gecələr yuxuda olan vaxtlarda isə göz qapaqlarının altında yerləşən zəngin kapilyar damarlar sayəsində bəslənərlər. Buynuzlu qişanın obyektləri aydın görmə qabiliyyəti tam olaraq təmin edilməsəydi, heç vaxt düzgün bir görüntü əldə edilməyəcək, insan daim bulanıq görəcəkdi. Belə bir görüntü olsaydı, əlbəttə ki, dünya indiki vəziyyətindən çox fərqli olacaq, hər şey bir pərdə arxasından seyr ediləcəkdi. Buna görə də xarici aləmi bu çox nazik canlı təbəqənin imkan verdiyi dəqiqlikdə izləyə bilərik. Buynuzlu qişa bədəndən tamamilə təcrid edilmişdir. Bu xüsusiyyəti onun bir bədəndən digərinə nəql olunmasını asanlaşdırır. Nəql edilən toxuma bədən tərəfindən rədd edilməz. Çünki qanda çoxalan antitellər buraya çata bilməzlər. Bura qədər izah edilən texniki məlumatları bir dəfə daha nəzərdən keçirməkdə fayda vardır. Buynuzlu qişa, gözün ön tərəfinin ən kənar qismində yerləşən olduqca şəffaf bir təbəqədir. İşığın təxminən 98%-ni keçirir ki, bu da pəncərə şüşəsinin şəffaflığına yaxındır. Burada diqqət yetirilməsi lazım olan məqam, buynuzlu qişanın canlı bir toxuma olduğu, müntəzəm surətdə bəsləndiyi və hüceyrələrdən meydana gəldiyidir. Canlı bir ət parçası eynilə bir şüşə qədər necə şəffaf ola bilər? Bu şəffaflığı necə qazanmışdır? Dünyaya liflərdən və damarlardan ibarət olan canlı bir varlığın arxasından baxdığımız halda, necə olar da hər şeyi bu qədər aydın görə bilərik?
Əlbəttə ki, cansız və şüursuz atomlardan meydana gəlmiş hüceyrələrin belə qabiliyyətləri yoxdur. Hüceyrələrə nələr edəcəklərini hansı orqanı meydana gətirib, hansı funksiyaları yerinə yetirəcəklərini ilham edən Allahdır. Buynuzlu qişanı meydana gətirən liflərin və sinirlərin olduqca həssas olmaları yenə üstün bir yaradılışın dəlilidir. Çox nazik olan bu təbəqə inkişaf etmiş bir erkən xəbərdarlıq sistemi sayəsində, ən kiçik bir təhlükədə belə göz qapağını özünü qoruması üçün çağırır. Bəs bu necə baş verir? Görəsən buynuzlu qişanı meydana gətirən hüceyrələr, həyatda qalmaq üçün belə bir sistem yaradıb, sonra beyinlə razılaşıb, göz qapağını özlərinə xidmətçi olaraq götürmələrinəmi qərar vermişlər? Gözdəki başqa bir möcüzəvi quruluş da buynuzlu qişanın formasıdır. İşığın sınmasını hesablamaq olduqca çətin və optik sahədə peşəkarlıq tələb edən bir işdir. Ancaq ana bətnindəki bir hüceyrənin bölünməsi nəticəsində meydana gələn buynuzlu qişa toxuması, bunu qüsursuz bir şəkildə hesablayır. Çünki buynuzlu qişa işığı tam torlu qişanın üstünə salacaq bucaq altında yerləşmişdir. Görəsən buynuzlu qişa bu bucağı özümü hesablamışdır, yoxsa buynuzlu qişanı meydana gətirən hüceyrələr bu məlumata ayrı-ayrılıqdamı sahib olmuşlar? Olduqca dəqiq bir hesablama tələb edən buynuzlu qişanın forması, əlbəttə ki, öz-özlüyündə təsadüflərlə bu hala gəlməmişdir. Buynuzlu qişa ilə əlaqədar incəlikləri bir dəfə daha qısa şəkildə nəzərdən keçirək. Buynuzlu qişanın işığı torlu qişaya salan obyektivə bənzər forması, liflərin arxasından dünyanı görməyimizi təmin edən fövqəladə quruluşu, buynuzlu qişanı bəsləyən göz qapağı və limfa damarları, erkən xəbərdarlıq sistemini meydana gətirən sinirlər və daha bir çox xüsusi incəlik… Bunların hamısı təsadüfən meydana gəlməsi mümkün olmayan bir-birinə bağlı qüsursuz mexanizmlərdir. Bura qədər izah edilənlərdən də açıq şəkildə görüldüyü kimi buynuzlu qişada çox üstün bir quruluş vardır. Belə bir quruluş ancaq üstün ağıl tələb edən bir yaradılış nəticəsində meydana gələr. Bu bənzəri olmayan ağlın sahibi isə Allahdır. Ey insan, 'üstün kərəm sahibi' olan
Rəbbinə qarşı səni aldadıb-yanıldan nədir? O ki, səni yaradıb
kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı.
Gözün daxili boşluğu üç hissəyə ayrılmışdır. Gözün qarşısında iki otaq vardır. Bunlardan ön otaq göz ağının ön hissəsi olan buynuzlu qişanın arxa üzü ilə quzehli qişa arasındadır. Arxa otaq isə quzehli qişa ilə göz bülluru arasında qalan dar bir məsafədir. Gözün ortasında və göz büllurunun arxasında geniş bir boşluq vardır. Bu otağa qaranlıq otaq deyilir. Bura şəffaf, rəngsiz, parlaq bir maye ilə doludur. Bu maye şəffaf maye deyə adlandırılır. Jelatin qatılığındakı bu maye, torlu qişa ilə göz bülluru arasındakı boşluğu dolduraraq torlu qişanın yerində qalmasını təmin edər. Eyni zamanda həm quzehli qişa ilə göz bülluru arasında yerləşən arxa otaqcıq, həm də quzehli qişa ilə buynuzlu qişa arasında yerləşən ön otaqcıq maye ilə doludur. Bu maye isə kirpikvari cisim tərəfindən daim ifraz olunur. Otaqcıqlardakı mayenin vəzifələrindən biri, qan damarlarına sahib olmayan buynuzlu qişanın və göz büllurunun bəslənməsini təmin etməkdir. Gözdaxili mayenin tərkibində isə gözün içindəki strukturları qidalandıracaq lazımi maddələr (duzlar, şəkərlər, mikrob öldürücülər) vardır. Bu maddələr kirpikvari quruluş içərisində yerləşən mikroskopik nasoslar vasitəsilə damarlardan sorular və mayenin içinə qarışarlar. Gözə həyat verən qida mənbəyi olan bu maye sabit və hərəkətsiz deyil. Əksinə daim dövr edər. Çox kiçik bir boşluqdakı bu maye eynilə okeanlardakı təməl su axımı (cərəyanı) prinsipi əsasında bir su dövranı meydana gətirər. (Soyuq cərəyan aşağıdan, isti cərəyan isə yuxarıdan axar.) Bu möhtəşəm mexanizm yalnız qidanı və antiseptik maddələri bərabər şəkildə paylamaqla kifayətlənməz, eyni zamanda olduqca ciddi və mikroskopik bir nəzarətlə tullantıların kənarlaşdırılmasını təmin edər. Otaqcıqlardakı mayenin ikinci vəzifəsi isə daxili təzyiq yaradaraq göz almasının formasının sabit qalmasını təmin etməkdir. Gözü çox cüzi elastikliyə malik bir kürə kimi təsəvvür etmək olar. Tərkibində olan jeleyə bənzər maye kürədə müəyyən qədər daxili təzyiq göstərər. Bu daxili təzyiqin gücünü isə şəffaf mayenin miqdarı müəyyənləşdirər. Şəffaf maye, kirpikvari cisim tərəfindən ifraz olunar. Maye, kirpikvari cisimdən arxa otağa (şəffaf təbəqəyə), daha sonra da göz bəbəyindən keçməklə ön otağa gələr və buynuzlu qişanın arxa üzü ilə quzehli qişanın ön üzü arasındakı toxumalar tərəfindən geriyə sorulur. Bu ifrazat və boşaltma əməliyyatlarında tarazlığın pozulması gözün daxili təzyiqinə təsir göstərər. Hazırlanan və sorulan şəffaf maye miqdarı bərabər olduqda, daimi bir maye axını baş verər, beləcə gözün içindəki maye həcmi dəyişməz. Amma şəffaf mayenin hazırlanması artar, sorulması isə azalar ya da axımının qarşısı alındığı təqdirdə gözün daxili təzyiqi yüksələr. Mövcud sistemi bir dəfə daha nəzərdən keçirək. Haqqında danışılan maye çox həssas bir tarazlıq ilə hazırlanılır, artıq maye isə eyni həssas tarazlıq sayəsində geriyə sorulur. Diqqət yetirilməsi lazım olan məqam, bu dövranın bütün insanların gözlərində hər an davam etməsidir. Gözün içi, bir tərəfdən su ilə doldurulduğu halda, digər bir tərəfdən də boşaldılan bir akvariuma bənzəyir. Əgər suyun boşalmasının qarşısı alınsa, onda akvarium daşar və ya suyun əlavə olunması ləngisə akvarium boşalıb quruyar. Bənzər şəkildə bir çox sənaye müəssisəsində, kimya zavodlarında olan maye ilə dolu çənlərdəki maye miqdarı kompyuterlərlə idarə olunan olduqca həssas elektron nəzarət sistemləri sayəsində sabit saxlanılar. Çox həssas ölçmə və hesablama işləri tələb edən bu nəzarət sistemləri ixtisaslaşmış mühəndislər tərəfindən proqramlaşdırılar və nəzarət altında saxlanılar. Sistemdə baş verən ləngimələr isə böyük faciələrə səbəb ola bilər. Gözdaxili maye kimi bir neçə mm3 həcmindəki mayelərin tarazlıq mexanizmini təmin etmək isə xeyli böyük və dəqiq hesablama işləri tələb edir. Çünki bu hesablamalarda millimetrdən daha çox kiçik ölçülərdə ediləcək bir səhv gözün kor olmasıyla nəticələnər. Ancaq sağlam bir gözün içindəki mayenin bu dövranı bir ömür boyu heç bir səhvə yol verilmədən davam edər. Yalnızca belə bir mayenin göz içərisində olması belə, böyük bir möcüzə olduğu halda, eyni zamanda bu mayenin qüsursuz bir şəkildə dövr etdiyini bilmək, insanın üzərində düşünməsini tələb edən bir vəziyyətdir. Bəs olduqca həssas bir həcmə malik gözdaxili mayenin həcmində bir dəyişiklik baş versə, yəni, akvarium daşacaq səviyyədə su ilə dolsa, onda nə baş verər? Bu mayenin sorulmasında bir yavaşlama ya da hazırlanmasında lazımsız bir artım olsa, nəticə olduqca pis olar. Qlaukoma xəstəliyi adı verilən bu vəziyyətdə gözün daxili təzyiqi sürətlə yüksələr. Partlamaq üzrə olan bir şar kimi şişən göz, insana dözülməz ağrılar verər, bu hal isə adətən korluqla nəticələnər. Güclü bir şəkildə gərilən və şişən göz ən kiçik bir zərbə nəticəsində cırılar. Təbii ki, bu yazını oxuyana qədər gözünüzün içinə bir mayenin doldurulub boşaldıldığını bilmirdiniz. Eynilə digər insanlar kimi. Amma bəzi insanlar gözlərinin içində belə bir möcüzə olduğunu çox pis bir şəkildə öyrənərlər: Qlaukoma xəstəliyinə tutularaq. Qlaukoma xəstəliyinə tutulan bir insan, çəkdiyi böyük ağrılar üzündən sağlamlığının nə qədər əhəmiyyətli bir nemət olduğunu dərk edər. Ümumiyyətlə ağır xəstəlik keçirən bir çox insan kimi son çarə olaraq özünü yaradan Allaha yalvarar. Sizin bu xəstələrdən fərqiniz bu möcüzənin varlığını əzab çəkməklə deyil, yalnız bir kitab oxumaqla öyrənməyinizdir. Amma bu ömür boyu əsla ağrı çəkməyəcəyiniz demək deyil. Əgər Allah istəsə belə bir xəstəlik və ya daha çox ağrı verici başqa bir xəstəliyi vəsilə edərək sağlamlığınızın dəyərini və şükr etməyinizin lazım olduğunu sizə xatırlada bilər. Ancaq əsl məqbul olan insanın başına bir çətinlik gəlməsini gözləmədən Allaha yönəlib qayıtması, Ona şükr etməsi, Allahı davamlı xatırlayaraq Ona ən səmimi şəkildə hörmət göstərmək surətiylə, tərifləyib ucaltmasıdır. Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükr etmir. (Yunis surəsi, 60)
Buynuzlu qişanın (şəffaf təbəqənin) arxasında yerləşən quzehli qişa, torlu qişanı gərəksiz şüalardan qoruyar. Ətrafında yerləşən iki əzələ sayəsində göz bəbəyinin ölçüsünü işığın şiddətinə görə nizamlayar. Əzələlərdən biri eynilə bir kisə bağı kimi göz bəbəyini daraldar. Göz bəbəyinin ətrafında yerləşən və çobanyastığı yarpaqları kimi kənarlara doğru uzanan digər əzələlər isə işığın şiddəti azaldığında göz bəbəyini böyüdərlər. Bu sayədə gözün içinə daxil olan işıq miqdarı sabit saxlanılar. Əksini düşünək. Əgər belə bir mexanizm olmasaydı göz özünü, dəyişən işıq miqdarına görə tənzimləyə bilməyəcəkdi. Göz çox cüzi bir işıq dəyişikliyində belə uzun müddət qamaşacaq, görmə ilə görə bilməmə arasında uzun bir vaxt keçəcəkdi. Uzun müddət işıqlı bir mühitdə olduqdan sonra qaranlıq bir mühitə keçildiyi vaxt gözdə meydana gələn qamaşmanın iki səbəbi vardır. Birincisi, torlu qişanın həssaslığının qaranlıqda artmasıdır; ikincisi isə, quzehli qişadakı əzələlərin hərəkətə keçmələri üçün qısa bir müddətin lazım olmasıdır. Qaranlıq bir yerdən qəfildən işıqlı mühitə keçildiyi vaxt, göz bəbəyi qısa bir müddət daha genişlənmiş halda qalar. Göz işıqlı mühitdə qaldıqdan ancaq 0,04-0,05 saniyə sonra göz bəbəyi quzehli qişadakı əzələlərin köməyiylə daralmağa başlayar və bu daralma 0,1 saniyədə maksimum səviyyəyə çatar. Quzehli qişadakı əzələlərin köməyiylə göz bəbəyinin daralma müddəti 0,1 saniyə deyil, daha uzun bir müddət olsaydı, həmin müddətdə insan yarı kor vəziyyətdə olar və bu böyük bir narahatlıq meydana gətirərdi. Ancaq belə olmur. Gözdəki mükəmməl dizayn sayəsində hər an çətinlik çəkmədən və narahatlıq hiss etmədən ətrafımızı görə bilərik. Quzehli qişa sahib olduğu piqmentli hüceyrələr sayəsində eyni zamanda gözə öz rəngini verən təbəqədir. Quzehli qişanın rəngi eynilə dəridə olduğu kimi mövcud piqmentin növündən və miqdarından asılıdır. Dərisinin rəngi açıq olan insanların gözləri mavi, yaşıl ya da açıq-bozdur. Dərisinin rəngi tünd olan insanların gözləri isə ümumiyyətlə tünd qəhvəyi və ya qaradır.
Gözə düşən işıq miqdarı göz bəbəyi açıqlığı sahəsinin kvadratı ilə düz mütənasibdir. Göz bəbəyinin diametrinin 1,5-8 mm arasında dəyişə bilməsi sayəsində gözə daxil olan işıq miqdarı 30 dəfə artırılıb-azaldıla bilər. Məsələn, bir flaş partlamasıyla 0,1 saniyədə ediləcək dəyişiklik nəticəsində göz bəbəyi dərhal nizamlanıb işığı sındırar. İşıq gözə daxil olduğu vaxt sinir xəbərdarlığı halında beynə gedər. Beynə yalnız işığın varlığı deyil, həmçinin şiddəti də xəbər verilər. Beyin də dərhal əks siqnal göndərərək göz bəbəyini əhatə edən əzələlərin nə qədər sıxılacaqlarını və ya nə qədər genişlənəcəklərini xəbər verər. Bütün bu xəbərləşmə, hesablama və funksiyalar isə saniyədən daha kiçik vahidlərdəki bir zaman intervalında baş verər. Beyin ilə quzehli qişa əzələləri arasında baş verən məlumat alış-verişi, ilk oxunuşda adi bir bioloji incəlik kimi görünə bilər. Ancaq bir az düşünüldükdə bunun heç də incə bir məlumat olmadığı əksinə çox əhəmiyyətli bir möcüzə olduğu dərhal aydınlaşacaq. Gözə gələn işığın şiddətinin avtomatik şəkildə ölçülməsi və bu məlumatın beynə çatdırılması, beynin də vəziyyətə görə quzehli qişa əzələləri sayəsində içəri daxil olan işığın şiddətini tənzimləməsi, istisnasız indiyə qədər yaşamış və hal-hazırda da yaşayan bütün insanların beynində bu cür həssas və mürəkkəb hesablama işlərinin aparılması çox açıq bir yaradılış möcüzəsidir. İnsan bədənində yaradılmış olan bu möhtəşəm sistemlə əlaqədar məlumat sahibi olmaq, insanın özünü yaradanın gücünü və elmini görüb onu lazım olduğu kimi təqdir edə bilməsi üçün bir vəsilədir. İnsana düşən isə bütün kainatın yaradıcısı olan Allaha şükr etmək və Allahı məmnun edəcək hərəkətlər etməkdir. Allah bir ayəsində ayələrindən üz çevirənləri "zalım" deyə adlandırır: Rəbbinin ayələri öyüd-nəsihətlə yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri (əməlləri)ni unudan adamdan daha zalım kim ola bilər?… (Kəhf surəsi, 57)
İşıqlığa və qaranlığa uyğunlaşma
Torlu qişanın görünüşü qeyd etməsi üçün obyektdəki qaranlıq və işıqlı nöqtələr təyin olunmalıdır. Bu səbəblə də qəbuledicilərin daim daha qaranlıq deyil, daha işıqlı olanlara cavab verəcəyi bir şəkildə bir tənzimləmə əməliyyatı aparılmalıdır. Torlu qişanın vəziyyətə görə özünü tənzimləməsinə nümunə olaraq, kinoteatrdan parlaq gün işığına çıxılan vaxtları verə bilərik. Bu vaxtlarda cisimlərdəki tünd nöqtələr belə olduqca işıqlı görünər. Kontrast çox az olduğu üçün bütün görünüş ağarar. Şübhəsiz ki, bu qeyri-kafi bir görmədir və torlu qişa, cismin tünd nöqtələri qəbulediciləri həddindən artıq qıcıqlandırmayacaq qədər uyğunluq göstərdikdə narahatlıq keçib gedər. Əksinə adam qaranlıq bir mühitə daxil olduğu vaxt, torlu qişanın həssaslığı adətən başlanğıcda çox zəif olduğundan cisimlərdəki işıqlı nöqtələr belə torlu qişanı xəbərdar edə bilməz. Lakin qaranlığa adaptasiya olduqdan sonra işıqlı nöqtələr yaranmağa başlayar. Yüksək dərəcədəki işıqlı və qaranlıq mühitlərə uyğunlaşmağa nümunə olaraq, günəşin işıq şiddətinin ayınkından 30 000 dəfə çox olmasına baxmayaraq, gözün həm parlaq günəş işığı, həm də ay işığında öz funksiyasını yerinə yetirdiyi göstərilə bilər.(9)
Göz içində quzehli qişa ilə göz bəbəyinin arxasında, uzağı və yaxını dəqiq görməyimizi təmin edən nazik kənarlı şəffaf bir göz bülluru vardır. Göz büllurunun vəzifəsi gözə düşən işıq şüalarını sındıraraq torlu qişaya fokuslamaqdır. İki kənarı da xaricə doğru çıxmış bu elastik quruluşun forması göz bülluruna bənzəyir. Göz büllurunun forması ətrafında yerləşən əzələlərin köməyiylə dəyişə bilər. Bu sayədə gözə fərqli bucaqlar altında düşən işıq daim torlu qişaya fokuslanar. Məsələn, yaxına baxıldığı vaxt göz büllurunun ətrafındakı əzələlər sıxılar, göz büllurunun ortası qabarar. Uzağa baxıldığında əzələlər boşalar, göz bülluru uzanaraq nazikləşər və uzaqdakı obyektlərin görünüşləri dəqiqləşdirilər. Buynuzlu qişada olduğu kimi göz büllurunda da qan damarları olmaz və o göz mayesi ilə bəslənər. Göz bülluru insanın həyatı boyu böyüməyə davam edər (amma getdikcə yavaşlayan bir dərəcədə) və bu müddətin sonunda elastikliyini itirər. Ən yaşlı qisimlərdə hüceyrə təbəqələri tamamilə təcrid olunar, kifayət qədər qida və oksigen ala bilməz və ölərlər. Nəhayət göz bülluru sərtləşər və qövsvari hal alması çətinləşər. Yaxın görüş məsafəsinə adaptasiya ola bilmə qabiliyyəti yox olar. Bu vəziyyətdə insanlar qəzeti oxuya bilmək üçün yazını bir qol uzunluğu boyunda uzaq tutmağa çalışarlar. Yaxın görüş məsafəsini yaxşılaşdırmaq üçün də eynəkdən istifadə edilməyə başlanılar. Göz büllurunun sahib olduğu xüsusiyyətləri bir ömür boyu qoruya bilməməsi, üzərində düşünülməsi lazım olan bir mövzudur. Eynilə bədəndəki digər orqanlar kimi göz də yaşlanma prosesi nəticəsində öz mükəmməlliyini itirər. Allah insanda bu vəsiləylə yaş ötüb keçdikcə yaşlanmanın əlamətlərini göstərəcək izlər meydana gətirir. Dünya həyatının müvəqqəti olduğu, insan bədəninin bir gün yox olacağı kimi həqiqətlər buna bənzər bir çox vəsilə ilə bizə xatırladılar. Düşünən və ağlını istifadə edən insanlar üçün gördükləri hər şeydə ibrətlər vardır. Göz büllurunun vəzifəsi kamera linzasının vəzifəsiylə eynidir. Kamera obyektivlərində işığın uzaqlığa görə istənilən yerə fokuslanması üçün, obyektiv əllə və ya avtomatik şəkildə tənzimlənər. Təkmilləşmiş bir kameraya yaxından baxıldığında məsafəni nizamlayarkən obyektivin öz oxu ətrafında fırlandığı görünər. Bu nizamlama əməliyyatının aparıldığı müddətdə görünüşdə bir bulanıqlıq yaranar. Göz büllurunun quruluşu yuxarıda bəhs edilən kameralardan qat-qat daha üstündür. İlk növbədə göz büllurunun ölçüsü kamera obyektivlərinə nisbətən çox kiçikdir. Obyektivlərin hazırlanmasında da göz büllurunun iş prinsipləri təqlid edilmişdir. Kameralarda istifadə edilən obyektivlər illərlə davam edən tədqiqatlar nəticəsində hal-hazırkı vəziyyətlərinə gəlib çatmışlar. Elm adamları göz qədər mükəmməl bir optik sistem yaratmağı hələ də bacara bilməmişlər. Gözünüz bir kamera kimi tez-tez xarab olmaz, qulluğa ehtiyac duymaz. Bir kamera xüsusi fabriklərdə bir çox fərqli materialdan (plastik, metallar, şüşə və s.) istifadə edilərək, mühəndislərin hazırladığı layihələrə əsasən bu mövzuda ixtisaslaşmış texniklər tərəfindən hazırlanılar. Göz isə ana bətnində tək bir hüceyrənin bölünərək çoxalması nəticəsində əmələ gəlmişdir. Başınızın üzərinə bir kamera bağlayıb, çəkiliş apararkən qaçsanız və ya yerisəniz, yaddaşa verilən görüntüdə sürüşmələr və silkələnmənin izləri qalar. Halbuki eynilə başınızın üstünə bağlanmış bir kamera kimi çəkiliş aparan gözünüz yeriyərkən sizə heç bir narahatlıq verməz. Görüntü silkələnməz və ya sürüşməz. Ağla gələ biləcək başqa bir sual göz büllurunu meydana gətirən əzələlərin niyə işığı torlu qişaya salmaq istəmələridir. Heç bir insanın ağlında ''gözümə daxil olan şüaları torlu qişaya salım da rahat görüm" deyə bir düşüncə yoxdur. Ümumiyyətlə əksər insanın həm torlu qişadan, həm də Göz büllurundan xəbəri belə yoxdur. Amma bu kiçik orqanlar gün boyu insanlar üçün ağlasığmaz hesablamalar tələb edən əməliyyatlar yerinə yetirərlər. Göz bülluru belə bir şeyi öz-özünə etmək üçün torlu qişanın vəzifəsini, görmənin necə bir şey olduğunu, beynin quruluşunu, fotonların nə işə yaradıqlarını bilməlidir. Ancaq belə olduğu təqdirdə daimi surətdə üzərinə düşən işığı torlu qişanın üzərinə fokuslamağa çalışacaq. Əlbəttə ki, nə göz büllurunun, nə də göz büllurunu meydana gətirən hüceyrələrin özlərinə aid bir iradələri vardır. Göz bülluru, buynuzlu qişa, quzehli qişa, torlu qişa, bunları meydana gətirən hüceyrələr, ətraflarındakı əzələlər, beyin, bir sözlə bunların hamısı öz funksiyalarını Allahın özlərinə ilham etdiyi şəkildə və Onun izni ilə yerinə yetirirlər.
Torlu qişa
Kamera üçün lent nə dərəcədə əhəmiyyətlidirsə, göz üçün də torlu qişa bir o qədər əhəmiyyətlidir. Eynilə fotolentin obyektivin arxasında yerləşməsi kimi, torlu qişa da gözün arxasında yerləşər və fokuslanan obyektin görünüşü burada əmələ gələr. Fotoaparatlarda hər hansı bir görüntü yaddaşa verildikdən sonra lent sonrakı kadra keçər. Bunun müqabilində üzərinə hər an fərqli bir görünüş düşən torlu qişanın dəyişdirilməsinə ehtiyac yoxdur, çünki öz-özünü yeniləyər. İnsanın həyatı boyu yaranan sayıla bilməyəcək qədər fərqli görünüşləri, köhnəlmədən və korlanmadan göstərər, üstəlik bir ömür boyu istifadə edilər.(10) Torlu qişanın quruluşu isə olduqca maraqlıdır. Torlu qişadakı hüceyrələr üst-üstə yerləşərək olduqca nazik, 11 ayrı təbəqə əmələ gətirərlər. Görünüşün düşdüyü nöqtə 9-cu təbəqədədir. Bu nöqtənin diametri təxminən 1 millimetrdir. İnsan bir baxışda kvadrat kilometrlərlə ölçülən sahəni bu nöqtə üzərində görər. İnsanın bütün həyatının bu kiçik sahə üzərində meydana gəldiyi, bu günə qədər gördüyü hər şeyin varlığının bu kiçik yer sayəsində qəbul edildiyi və bu nöqtənin də nəticədə çox kiçik bir ət parçası olduğu həqiqəti əsla unudulmamalıdır. Torlu qişanın arxa tərəfində, işığı qəbul edən çubuq və konus hüceyrələri vardır. Bu iki tip hüceyrənin vəzifəsi üzərlərinə düşən işığı elektrik siqnallarına çevirməkdir. Mikroskop altındakı formalarından ötrü bu adlarla adlandırılarlar. Çubuq hüceyrələrinin sayı 120 milyon, konus hüceyrələrinin sayı isə 6 milyondur. Yəni, bir konus hüceyrəsinə 20 çubuq hüceyrəsi düşür. Yalnız xarici görünüşləri və sayları deyil, bu hüceyrələrin qəbul etmə formaları da fərqlidir. Çubuq hüceyrələri zəif bir işığa belə cavab verə bilərlər. Konus hüceyrələrinin öz funksiyalarını yerinə yetirə bilmələri üçünsə daha güclü işıq lazımdır. Çubuq hüceyrələri yalnızca işığa qarşı həssasdırlar. Yəni, obyektlərdən gələn işığa görə ancaq ağ-qara bir görünüş meydana gətirərlər. Çubuq hüceyrələri zəif işıqda belə öz funksiyalarını yerinə yetirə biləcək həssaslıqdadırlar. Ancaq obyektlərin incəliklərini təhlil edib, rənglərini müəyyənləşdirməzlər. Gecə ulduzlara baxarkən ya da qaranlıq bir kinoteatrda kreslo tapmağa çalışarkən gözümüzün torlu qişasındakı çubuq hüceyrələrin təmin etdikləri görüntü sayəsində hərəkət edərik. Torlu qişadakı çubuqlar yalnız işığa qarşı həssas olduqları üçün yaranan görünüşdə yalnız görünüşlər nəzərə çarpar, rənglər isə nəzərə çarpmaz. Buna görə də bütün obyektlər qaranlıq mühitlərdə, qara və boz rəngin çalarlarında görülərlər.(11) Yuxarıdakı sətirlərdə, konus və çubuq hüceyrələrinin işıq enerjisini elektrik enerjisinə çevirdiklərindən bəhs etdik. Bu çevrilmə olduqca mürəkkəb bir prosesdir. Bu möcüzəvi əməliyyat necə reallaşır? Bir hüceyrə nə üçün, necə və hansı məntiqə əsasən işıq enerjisini elektrik enerjisinə çevirir? Bu məlumata necə sahib olmuşdur? Sahib olduğu struktur xüsusiyyətlərini (belə ki, bu olduqca xüsusi bir quruluşdur) necə qazanmışdır? Üstəlik bu hüceyrələr enerjiyi çevirə bilmələrindən başqa, rəng və forma kimi anlayışlara görə öz aralarında əmək bölgüsü aparmışdırlar. Hüceyrələr bu qədər xüsusi bir quruluşu necə meydana gətirmiş və bu cür əmək bölgüsünü necə reallaşdırmışlar? Bir konus və ya çubuq hüceyrəsi tək başına heç bir işə yaramaz. Hətta bu hüceyrələrin minlərləsinin bir yerdə olması da heç bir əhəmiyyət kəsb etməz. Bu hüceyrələr mükəmməl bir plan nəticəsində torlu qişanın üzərinə xüsusi şəkildə yerləşdirilməli, özlərini beyinə bağlayacaq sinir yollarına, üzərlərinə işıq salacaq göz bülluruna, buynuzlu qişa kimi strukturlara, özlərini bəsləyəcək kapilyar damar şəbəkəsinə sahib olmalıdırlar. Bütün bunlarla yanaşı, əgər göndərdikləri siqnalları şərh edəcək bir beyin olmasa, mövcudluqları heç bir əhəmiyyət kəsb etməz. Üstəlik insan ilk yarandığı vaxtdan bəri bu sistem əskiksiz olaraq mövcud olmalıdır. Həm ilk insandakı, həm də daha sonra yaşamış olan bütün insanlardakı torlu qişa da bu xüsusiyyətlərə malikdir. Hazırda ətrafınızda gördüyünüz insanların gözlərindəki torlu qişa hüceyrələri də bu məlumatlara malikdir. İşığı elektrik enerjisinə çevirə bilmə qabiliyyətinə sahib tək bir hüceyrənin olması belə böyük bir möcüzə olduğu halda, bu cür milyonlarla hüceyrənin bir nizam içində olması və ortaq bir məqsədə xidmət etmələri daha böyük bir möcüzədir. Buynuzlu qişada olan milyonlarla konus və çubuq hüceyrəsini gözün digər hissələri və beyin ilə birlikdə Allahın yaratdığı çox aydındır. Allah insanı qüsursuz bir nizam içində yaratmışdır. O özündən başqa ilah olmadığını bir ayəsində belə bildirmişdir: O, Hayy (əbədi yaşayan)dır, Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!. (Mümin surəsi, 65)
Torlu qişanın dörd qəbulu
- İşıq: Çubuq hüceyrələri zəif şiddətdəki işığı konus hüceyrələrindən daha yaxşı qəbul edərlər. Məsələn, alaqaranlıq bir mühitdə çubuq hüceyrələri sayəsində görərik. Parlaq işıqda isə konus hüceyrələr fəaliyyətə keçər. Bundan ötrü də gecələri yaxşı görən heyvanlarda çubuq hüceyrələri xeyli çoxdur.
- Forma: Cisimlərin formasını qəbul etmədə konus hüceyrələri əhəmiyyətli rol oynayır. Forma qavrayışı kəskinliyi, konusların bir-birinə yaxın şəkildə yerləşdiyi fovea adlı nöqtədə ən güclüdür.
- Kontrast: Qəti sərhədlərlə ayrılmamış yerlər arasındakı kiçik işıqlandırma dəyişikliklərini hiss etmə qabiliyyəti olduqca əhəmiyyətlidir. Bir çox xəstəlikdə kontrast həssaslığının azalması müşahidə olunar və bu vəziyyət xəstəni görmə zəifliyindən də çox narahat edər.
- Rəng: İşığın fərqli dalğa uzunluqlarının beyin tərəfindən ayrı-ayrılıqda şərh olunması nəticəsində rəng anlayışı yaranar. Gözün içində yerləşən işıq qəbuledicisi olan torlu qişa, dalğa uzunluqlarını ayırd edərək rəngləri görməyimizi təmin edər. Torlu qişanın işığı elektrik siqnallarına çevirməsi başlı-başına bir möcüzədir. Amma torlu qişadakı möcüzələr bununla da bitməz. Torlu qişada yaranan görünüşün beynə çatdırılmasında istifadə olunan üsulu ayrılıqda ələ aldıqda olduqca heyrətamiz incəliklərlə qarşılaşılar. Torlu qişa öz üzərində yaranan görünüşü bütöv bir halda beynə çatdırmaz. Əvvəlcə hissələrə ayırar, daha sonra bu hissələr beyində birləşdirilər. Baxılan cismin sol tərəfinə aid görünüş torlu qişanın sağ tərəfinə, sağ tərəfinə aid görünüş isə torlu qişanın sol tərəfinə düşər. Hissələr saniyənin onda biri qədər qısa bir müddətdə, ayrı-ayrılıqda beynə göndərilib orada şərh olunar. Bunlar torlu qişada baş verən proseslərin çox qısa bir xülasəsidir. İncəliklərdəki möcüzələrə şahid olmaq üçün torlu qişanı daha yaxından öyrənək. Adamın bir cismi görə bilməsi üçün gözə daxil olan işıq enerjisinin sinir xəbərdarlıqlarına çevrilməsi zəruridir. İşıq şüaları görmə ilə nəticələnən kimyəvi reaksiyaları və elektriki hadisələri başladan fiziki bir xəbərdarlığın meydana gəlməsinə səbəb olar. Meydana gələcək reaksiyalar zənciri çubuq hüceyrələrindəki "rodopsin" və təməlində A vitamini olan bir piqmentin varlığından asılıdır. Ağ təbəqəyə toxunan işıq rodopsinin rəngsizləşməsinə səbəb olar. Bu rəngsizləşmə nəticəsində sinir hüceyrələrini xəbərdar etmə xüsusiyyətinə sahib kimyəvi bir maddə meydana gələr. İntensiv işıqlı mühitdə öz xüsusiyyətini itirən rodopsin, qaranlıq mühitdə yenidən əmələ gələr. Qaranlıq bir salona girildiyi vaxt qısa bir müddət üçün görmə qabiliyyəti yox olar. Bunun səbəbi həmin vaxt gözlərdə kifayət miqdarda rodopsin əmələ gəlməməsidir. Bu maddənin yenidən sintez edilməsi ilə birlikdə görmə görmə qabiliyyəti bərpa olunar. Kifayət qədər rodopsin hazırlanana qədər göz qaranlıqda aydın şəkildə görə bilməz. Rodopsin tarazlığının təmin edilməsi nəticəsində görünüşlər getdikcə daha da aydınlaşır. Yenidən qaranlıqdan parlaq işığa keçildiyi vaxt rodopsin birdən-birə beynə bir çox siqnal göndərər və görüntü parlaqlaşar. Güclü işıqda rodopsinin parçalanma prosesi, sintez edilməsindən xeyli sürətlə baş verdiyi üçün görmədə ləngimə baş verər. Məsələn, günəşli və qarlı havada yaranan göz qamaşmasının səbəbi rodopsindir. Rodopsinin böyük bir hissəsi deformasiya olduqdan sonra, beynə daha az siqnal göndərilməyə başlanar və gözlər işığa adaptasiya olar.(12) Rodopsinin xüsusiyyəti yuxarıda ifadə edildiyi kimi işıqdan alınan səmərəni artırmasıdır. Bu maddə tam ehtiyac duyulan anda lazım olduğu miqdarda hazırlanar. Gözdəki digər strukturlarla birlikdə fəaliyyət göstərərək görməni asanlaşdırar. Bəs bu maddənin hazırlanmasına ilk dəfə kim qərar vermişdir? Bir zamanlar qaranlıqda görə bilməyən göz hüceyrələri bir yerə toplanıb öz aralarında: "Gəlin qaranlıqda elə bir maddə hazırlayaq ki, bu, işığın səmərəliliyini artırsın, bu sayədə beyində yetərli bir görünüş meydana gəlsin, təkrar işığa çıxıldığında isə bu maddə öz-özlüyündə bu xüsusiyyətini itirsin" deyə bir qərarmı verdilər? Bu qərarın verildiyini fərz edək. Rodopsinin fiziki və kimyəvi quruluşunu kim dizayn etdi? Rodopsinə aid genetik məlumatlar göz hüceyrələrinə necə yerləşdirildi? Burada çox qısa şəkildə yekunlaşdırdığımız görmə əməliyyatının əslində daha mürəkkəb incəlikləri vardır. Lakin, sadəcə rodopsinin görmə üzərindəki təsiri belə gözdə nə qədər möhtəşəm bir sistemin yaradılmış olduğunu başa düşmək üçün kifayətdir. Bütün bunları hüceyrələrin öz-özlərinə edə bilməyəcəkləri aydındır. Gözün içindəki bu olduqca yaxşı hesablanmış sistemi yaradan Allahdır.
Əsas rənglər
Qırmızı, mavi və yaşıl təbiətdə olan üç əsas rəngdir. Bu rənglərin fərqli kombinasiyalarda və çalarlarda bir-birinə qarışdırılması nəticəsində digər rənglər əmələ gələr. Qırmızı və yaşıl rəngi qarışdırdıqda sarı rəng alınar. Piqment hüceyrələri də bu təməl fizika qanununa görə işləyərlər; qırmızı və yaşıl rəngə həssas olan konus hüceyrələrinin eyni dərəcədə xəbərdar edilmələri sarı rəng qəbulunu yaradar. Qırmızı, mavi, yaşıl konusların eyni dərəcədə xəbərdar edilməsi ağ rəng qəbulunu yaradar. Üç əsas rəngi qəbul edən hüceyrələrin müxtəlif dərəcələrdə və kombinasiyalarda xəbərdar edilmələri ilə insan həyatındakı bütün rənglər meydana gələr. Təkcə bura qədər izah edilənlər torlu qişa ilə əlaqədar hissəni əhatə edir və bir nəzəriyyə olmaqdan kənara çıxmır. Üstəlik beynin gələn siqnalları necə deşifrə etdiyi hələ də məlum deyil. Göründüyü kimi rəngləri ayırd etmək olduqca mürəkkəb bir işdir. Əgər müasir texnologiyadan bir nümunə versək, onda bu əməliyyatın çətinliyi daha yaxşı aydın olacaq. Rəngli televizorların ekranları da eynilə gözdəki sistemə bənzər şəkildə işləyir. Fərqli dalğa uzunluqlarındakı rənglər yan-yana yaxın bir məsafədə yerləşdirilərlər. Əgər televizor ekranındakı görüntünün müəyyən bir hissəsinə yaxından baxılsa, görünüşün qırmızı, yaşıl və mavi rənglərdə çox kiçik sahələrin birləşməsindən meydana gəldiyi görünər. Bir az geridən baxıldığında rənglər təkrar birləşər və ekrandakı normal rənglər görünər. Yuxarıdakı sətirlərdən aydın olduğu kimi, hal-hazırda gördüyünüz görünüşün meydana gələ bilməsi üçün olduqca mürəkkəb rəng tənzimləmələri aparılmalıdır. Milyonlarla konus hüceyrəsinin göndərdiyi siqnalların şiddəti tənzimlənməli, daha sonra bu siqnallar oxunmalıdır. Üstəlik bu əməliyyat tək bir an ya da bir saat üçün, tək bir insan ya da minlərlə, yüzlərlə adam üçün yerinə yetirilməz. Hər insan ömrü boyu milyardlarla görünüşlə qarşılaşar və bu görünüşlərə aid rənglər daim nizamlanar.
Görmə itiliyi
Diametri yarım millimetrdən (0,4 mm) daha kiçik olan yerin mərkəzi hissəsində torlu qişa nazikləşmişdir və azacıq batıqdır. Bu yerə sarı ləkə (fovea centralis) adı verilər. Bura görünüşün ən dəqiq olduğu mərkəzdir. Bu yer tamamilə konus hüceyrələrindən ibarətdir. Bilindiyi kimi konus hüceyrələri görünüşün incəliklərini görməyə xidmət edən xüsusi bir quruluşa sahibdirlər. Görüntüdəki yüzlərlə rəng, forma və dərinlik bu kiçik yerdə ən iti halını alar. Foveadan kənarda görmə itiliyi 5-10 dəfə azalar. Bir cismə diqqətlə baxıldığında gözlər bu cisimdən gələn şüaları foveanın üstünə salacaq şəkildə hərəkət edərlər. Gözün hərəkətli olması da buna kömək edər. Maksimum görmə itiliyinə sahib bir adam, iynə ucu ölçüsündəki iki parlaq nöqtə arasındakı bir millimetrlik məsafəni on metrdən görə bilər.
Həyat damarı xorioideya
Oxuduğunuz kitabın kiçik bir hissəsini meydana gətirən bu mövzu belə özlüyündə təkamülün nə qədər əsassız və gülünc bir iddia olduğunu göstərər və yaradılış möcüzəsini bir dəfə daha gözlər önünə sərər.
Bilindiyi kimi göz bir çox fərqli hissə və təbəqədən meydana gəlmiş bir orqandır. O, buynuzlu qişa, göz ağı, quzehli qişa, göz bəbəyi, göz bülluru, göz qapağı, buynuzlu qişa-beyin əlaqəsini təmin edən sinirlər və daha bir çox incəlik də daxil olmaqla, ancaq bütöv bir halda olduqda öz funksiyasını yerinə yetirə bilər. Bu sistemlərdən hər biri təsadüfən və ya öz-özlərinə meydana gələ bilməyəcək qədər üstün quruluşa sahibdirlər. Gözün görə bilməsi üçün yuxarıda sayılan bütün təbəqə və strukturlar eyni anda, eyni yerdə, hazırkı mükəmməl uyğunluq, quruluş və əlaqələriylə mövcud olmalıdırlar. Bu vəziyyət insan bədəninin hal-hazırkı halına, vaxt keçdikcə baş verən təsadüflər, mutasiyalar kimi faktorlarla gəlib çatdığını irəli sürən təkamülçü iddiaları da tamamilə çürüdür. Belə bir sistemin yaradılış xaricində başqa hər hansı bir güclə meydana gəlməsi qeyri-mümkündür. Xorioideya təbəqəsi, Uca Allahın yaratma sənətinin bənzərsiz bir nümunəsidir.
Göyləri və yeri (nümunəsiz olaraq) yaradandır. O, bir işin olmasına qərar versə, ona yalnız "Ol" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)
Torlu qişanın boyası
Mövzuya başqa bir cəhətdən baxaq. Fotoaparat haqqında sadə bir sual verilsə, aparatın içinə bu qara boyanı kim çəkdi deyilsə, cavab dərhal verilərdi: Aparatın içi hazırlandığı fabrikdə xüsusi cihazlar tərəfindən boyanmışdır. Tünd rəngə boyama fikri isə işığın əks olunma bucağını hesablayan mühəndislər tərəfindən ortaya atılmış, aparılan təcrübələrlə boyama texnikası mükəmməl bir səviyyəyə qaldırılmışdır. Görəsən eyni sual göz üçün verilsə cavab nə olardı? Fotoaparatdan daha üstün bir quruluşa sahib olan göz, əlbəttə ki, təsadüfi şəkildə öz-özlüyündə deyil, özünü yaradan üstün bir ağıl tərəfindən yaradılmışdır. Çox maraqlıdır ki, bəzi insanlar fotoaparat gördükləri vaxt onu hazırlayan texnologiyaya heyran qalarlar, amma daha üstün bir quruluşa sahib bir göz gördükləri vaxt varlığını təsadüflərlə əlaqələndirərlər. Təkamül deyilən saxtakarlığa aldanıb, varlığı açıq-aydın şəkildə görülməsinə baxmayaraq, yaradıcımız olan Allahı inkar edərlər. Allah, yaratdığı sistemin mükəmməlliyini insanlara göstərmək üçün ibrət verici nümunələr yaratmışdır. Məsələn, gözün içindəki melanin təbəqəsinin əhəmiyyəti, "albinizm" xəstəliyinə tutulan bir adamın üzərində tədqiqatlar aparıldığında aydın olar. Albinizm xəstələrinin gözlərində və bədənlərində piqment maddəsi olmaz. Albinizm xəstəliyinə tutulmuş bir adam işıqlı bir mühitə çıxdığı vaxt, gözə daxil olan işıq torlu qişada piqment maddəsi olmadığından ötrü bütün istiqamətlərə əks olunar. Buna görə də adamı narahat edən parlaq bir görünüş meydana gələr.(14) Görmə sahəsi
Əgər görmə sahəsi daxilə doğru kiçilməsəydi nə baş verərdi? Belə bir şey baş versəydi, burun görmə sahəsinə daxil olaraq olduqca narahat edici bir maneəyə çevriləcək, insanlar gün boyu öz burunlarını görəcəkdilər. Halbuki Allahın gözdə yaratdığı bu xüsusiyyət sayəsində gündəlik həyatda burnun varlığı insana heç bir narahatlıq verməz.(15)
Gözdəki şəxsiyyət vəsiqəsi Dünyada yaşayan milyardlarla insanın hər birinin gözü fərqli quruluşdadır. Hətta hər nə qədər çox bənzəsələr də eyni insana aid iki qəhvəyi göz, heç vaxt bir-birlərinin eynisi olmaz. Bir ayədə Rəbbimiz olan Allah belə buyurur:
Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir Yaradıcı varmı? Ondan başqa heç bir məbud yoxdur. Elə isə necə olur da döndərilirsiniz! (Fatir surəsi, 3)
|
---|
![]() |
---|